Xəbər lenti

Vasif Talıbovdan qadınlara yeni qadağa
Ölkə11:15 09.06.2014

Vasif Talıbovdan qadınlara yeni qadağa

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Naxçıvan Muxtar Respublikasında dövlət idarələrində çalışan qadınlar uzunqol köynəklərdən istifadə etməlidir. 

Qaynar.info xəbər verir ki, axar.az-a Muxtar Respublikada tətbiq olunan bu yeni yasaqla bağlı Naxçıvan sakinləri məlumat veriblər. 

Sakinlərin sözlərinə görə, dövlət idarəsində çalışan qadınlarla yanaşı, digər sektorlarda işləyən xanımlara da bu yasağın tətbiq ediləcəyi söylənilib. 

Qeyd edək ki, ötən il Qaynar.info Naxçıvanda müəllim çalışan qadınlara saçlarını boyamaq, kapron corablar geymək, mini ətəkdən və beli açıq – dekolteli paltarlardan istifadə etmək, dövlət idarələrdində çalışan qadınlara və kişilərə qısaqol geyimin qadağan olunması ilə bağlı məlumat yaymışdı.  

Naxçıvan Ali Məclisinin Mətbuat xidmətinin rəhbəri Hüseyn Əsgərov axar.az-a bildirib ki, qısamüddətli məzuniyyətdən bu gün qayıtdığı üçün bu barədə məlumatsızdır.

Qaynar.info