Naxçıvan Muxtar Respublikasında yeni yaradılan Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə sədr təyin edilib.
Qaynar.info APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə Müslüm Cabbarzadə Dövlət Komitəsinin sədri təyin edilib.
Qeyd edək ki, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi V. Talıbovun sərəncamı 19 may tarixli ilə sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsasında yaradılıb. M. Cabbarzadə isə bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin iqtisadi məsələlər üzrə müşaviri olub.
Qaynar.info