Xəbər lenti

Vaşinqtonda Azərbaycan müzakirəsi
Siyasət06:17 02.07.2014

Vaşinqtonda Azərbaycan müzakirəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyulun 1-i Vaşinqtonda, ABŞ-ın analitik mərkəzlərindən olan Atlantik Şurada “NATO Qafqazda: Azərbaycanın misalı” mövzusunda tədbir keçirilib.

Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulmasının 20-ci ildönümünə həsr olunmuş tədbiri açan Atlantik Şuranın prezidenti Fred Kempe rəsmi Bakının alyansın tərəfdaşı qismində mühüm mövqe tutduğunu vurğulayıb.

Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri, səfir Xəzər İbrahim NATO-Azərbaycan münasibətlərinin ötən 20 ildə keçdiyi tarixi yola nəzər salıb, əməkdaşlığın inkişaf etdiyini deyib. O, Azərbaycanın NATO-dan yardım qəbul edən ölkədən təşkilatın müxtəlif istiqamətlərdə fəaliyyətinə töhfə verən ölkəyə çevrildiyini vurğulayıb, bu kontekstdə rəsmi Bakının Əfqanıstandakı əməliyyatlara verdiyi dəstək barədə danışıb. Səfir NATO-Azərbaycan münasibətlərinin beynəlxalq hüququn prinsiplərinə söykəndiyini bildirib, alyansın zirvə toplantılarının yekun sənədlərində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə ifadə edilən birmənalı dəstək verildiyini qeyd edib.

AzərTAc-ın məlumatına görə, ABŞ dövlət katibinin köməkçisinin müavini Erik Rubin NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramında Azərbaycanın iştirakının uğurlu olduğunu deyib. O, Azərbaycanın alyansla əməkdaşlığının müxtəlif istiqamətlərindən söz açıb, Əfqanıstanla əlaqənin təmin edilməsində mühüm yer tutduğunu vurğulayıb.

Qaynar.info