Ölkə 17:44 21.12.2023

"Vasmoy" bazarında ölüm

Bakıda satıcı iş zamanı qəfil ölüb.

Qaynarinfo Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən "8-ci kilometr" (Vasmoy) bazarında qeydə alınıb. 60 yaşlı Əliyev Rəfael Saleh oğlu qəflətən halı pisləşərək yıxılıb.

Hadisə yerinə gələn həkimlər onun öldüyünü müəyyən ediblər. Kişinin ürəktutmadan öldüyü bildirilir.
Araşdırma aparılır.