Xəbər lenti

Vatsap istifadəçiləri diqqətli olmalıdır (VİDEO)
Video 21:05 26.01.2024

Vatsap istifadəçiləri diqqətli olmalıdır (VİDEO)

Silinən mesajları oxumaq, profilinə kimlərin baxdığını görmək olur. Orijinal vatsapda olmayan digər funksiyalardan istifadə etmək üçün insanlar "vatsap+” tətbiqini yükləyirlər.

Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, "Meta" şirkəti bununla bağlı dəfələrlə xəbərdarlıq etsə də, xeyri yoxdur. İnsanlar yenə də müxtəlif yollarla "vatsap+” tətbiqini telefonlarına yükləməkdən əl çəkmirlər.

Bu birincilik sonunda istifadəçilərə baha başa gəldi. Çünki araşdırmalar nəticəsində müəyyən edilib ki, saxta vatsap istifadə edənlərin bank hesablarından pullar oğurlanır.

"vatsap+”da olan arxa qapı sayəsində yəni tətbiqə verilən icazələrlə bank tətbiqinə girilərək hesabındakı pul ələ keçirilir. Bu səbəbdən Elektron Təhlükəsizlik Xidməti vətəndaşları diqqətli olmağa çağırır.
Elektron Təhlükəsizlik Xidmətinin məlumatına görə, Azərbaycan saxta "vatsap+” yüklənmə sayına görə dünyada 1-ci yerdədir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->