Xəbər lenti

Vəhdət Sultanzadə II Fəxri xiyabanda dəfn olundu (FOTO/YENİLƏNİB)
Ölkə10:07 28.03.2022

Vəhdət Sultanzadə II Fəxri xiyabanda dəfn olundu (FOTO/YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın diplomatı Vəhdət Sultanzadə dəfn olunub.
Qaynarinfo xəbər verir ki, mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları və eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, o, 1988-1991-ci illərdə SSRİ-nin Türkiyədəki konsulu olub. 2006-2010-cu illərdə Azərbaycanın Türkmənistandakı səfirliyində müşavir kimi fəaliyyət göstərib. Azərbaycanın Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub. Diplomatik fəaliyyəti dövrü (55 il) ərzində Azərbaycan SSR XİN, Rusiya Federasiyası və Azərbaycanda müxtəlif rəhbər vəzifələri tutub.
Diplomat 87 yaşında dünyasını dəyişib.
 10:16
Sabiq diplomat Vəhdət Sultanzadə vəfat edib.
Bunu APA-ya açıqlamasında Vəhdət Sultanzadənin qızı Firuzə Sultanzadə deyib.
Onun sözlərinə görə, atası bu gün 13:30-da II Fəxri Xiyabanda dəfn olunacaq.