Əslən azərbaycanlı, Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin Dərbənddəki “Boyevoy slavı” parkındakı büstü şəhər meriyası tərəfindən dağıdılıb.
Qaynar.info xəbər verir ki, bubarədə lent.az-a Dərbənddə yaşayan jurnalist Telman Tahirli xəbərverib. T.Tahirlinin sözlərinə görə, Ş.Əliyevin büstünün dağıdılmasıDərbənddə yaşayan azərbaycanlıların narazılığına səbəb olub.
Birqrup azərbaycanlı şəhər meriyasının qarşısına yığışaraq meriyadan başverənlərə görə izahat istəyib. Dərbənd şəhər meriyasından isə bildirilibki, büstün qoyulduğu yerdə fəvvarə tikiləcək.
“Boyevoyslavı” park əvvəllər Ş.Əliyevin adını daşıyıb. Park Dərbənddə şəhərmeydanının altında yerləşir. Büstl parkdan götürüləndən sonra zibillliyəatılıb. Azərbaycanlılar Şəmsulla Əliyevin büstünü zibillikdəngötürüblər. Ş.Əliyevin büstü azərbaycanlılara məxsus kafelərdən birindəsaxlanılır.
Kapitan Şəmsulla Əliyev Dərbəndşəhərində anadan olub. Ş.Əliyev 1943-cü ilin payızında 309-cu atıcıdiviziyanın tərkibində batalyon komandirinin siyasi hissə üzrə müaviniolub. Ş.Əliyev Şimali Qafqazda, Tamanda və Krımda keçirilən ağırdöyüşlərdə iştirak edib.
1943-cü ilin noyabrın19-da kapitan Ş.Əliyev qəhrəmancasına həlak olub. Sovet İttifaqıQəhrəmanı adı ona ölümündən sonra verilib.