İyulun 17-də vəkil Nemət Kərimli həbsdə olan Müsavat başqanının müavini Tofiq Şəki Penitensiar Müəssisəsində saxlanan Tofiq Yaqublu İsmayıllı olaylarına görə tutulub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Hazırda iş apellyasiya instansiyasındadır.
İyulun 18-də “Media forum” saytına danışan vəkil Nemət Kərimli deyib ki, Tofiq Yaqublu ilə görüşdə bir çox məsələni müzakirə ediblər: “Tofiq Yaqublunun işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyimiz şikayətin kommunikasiyası başlayıb. Azərbaycan hakimiyyəti Tofiq Yaqublunun həbsinin səbəbləri barədə mülahizələr göndərib. Bununla bağlı müzakirələrimiz oldu və hakimiyyətin göndərdiyi mülahizələrə cavab olaraq şərhlərimizi yazdıq. İyulun 21-də həmin şərhləri Avropa İnsan Hüquqları Məhkəməsinə göndərəcəyik”.
Vəkilin sözlərinə görə, Tofiq Yaqublu Şəki Apellyasiya Məhkəməsində şikayətlərinə baxılmasının uzun müddətə təxirə salınmasından narazıdır: “Prosesin iyun ayından avqust ayına keçirilməsinə etiraz edir, bunun bilərəkdən edildiyini düşünür”.
Nemət Kərimli onu da deyib ki, Tofiq Yaqublu yaxşıdır: “Səhhəti normaldır, əhval-ruhiyyəsi yaxşıdır, saxlanma şəraitindən narazılığı yoxdur. Amma kondisioner olmadığından kamerası isti olur. Narahatlıq yaradan tək səbəb budur”.