Xəbər lenti

Velosiped üçün “ağıllı” təkər yaradılıb - VİDEO
Dünya08:30 19.10.2013

Velosiped üçün “ağıllı” təkər yaradılıb - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Velosiped üçün “ağıllı” təkər yaradılıb. Son yeniliklərdən olan smart “FlyKly”-in arxa təkərini istənilən velosipedə sərbəst quraşdırmaq olar. 

İctnews saytına istinadən verdiyi məlumata görə, Nyu-Yorklu gənclər tərəfindən yaradılmış “FlyKly” minimal səylərlə hərəkət sürətini artırmağa kömək edir. Bu həmçinin smartfon və GPS vasitəsilə velosipedi məsafədən qorumağa və izləməyə icazə verir.

Sürətin artması üçün təkərə yenidən doldurulan litium batareyalı kiçik elektrik mühərriki quraşdırılıb. Bu motor sayəsində velosipedçinin səyi olmadan sürət saatda 50 kilometrə qədər artır.

 

Qaynar.info