Xəbər lenti

Velosipedçimizdən Türkiyədə uğursuz çıxış
İdman12:34 19.03.2022

Velosipedçimizdən Türkiyədə uğursuz çıxış

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə gənclər arasında Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Velo Alanya Junior” yarışına yekun vurulub. 
Qaynarinfo xəbər verir ki, 9 ölkədən 17 komandanın tərkibində 83 velosipedçinin mübarizə apardığı 2 günlük turnirdə Azərbaycanın idman şərəfini gənclər yığmamızın üzvü Kamran Mirzəxanov qoruyub.
İlk yarış günündə iştirakçılar 6,3 km məsafəyə fərdi ötüşmədə bacarıqlarını nümayiş etdiriblər. Bu növdə 20-ci olan Kamran 101 km-lik qrup ötüşməsində daha yaxşı çıxış edib – o finiş xəttini 10-cu keçməklə ümumi təsnifatda 15-ci nəticə göstərib.
Səbuhi Həsənov