Xəbər lenti

Velosipedi faytona çevirdi (VİDEO)
Ölkə18:53 30.12.2017

Velosipedi faytona çevirdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Masallı rayonu Xanaliyon kənd sakini Əkrəm Cabbarov köhnə velosiped hissələrini yığaraq faytonlu velosiped hazırlayıb.
Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, belə bir faytonlu velosiped düzəltmək Əkrəmin çoxdankı arzusu olub. Bunun üçün Əkrəm Cabbarov lazım olan ehtiyat hissələrini topladıqdan sonra cəmi 25 gün vaxt sərf edib. Bu minik vasitəsi üç nəfər böyük, altı nəfər isə kiçik yaşlı uşağı rahat daşımaq mümkündür.
Əkrəm Cabbarov velosipeddən təsərüfat işlərində də istifadə etmək istəyir.
Faytonlu velosipeddən istifadə edən kənd sakinləri də minik vasitəsinin çox rahat olduğunu deyirlər. Hətta kənd sakinləri azyaşlı övladlarını bu velosipedə mindirərək məktəbə yola salırlar.
Əkrəm Cabbarov velosipedi daha da təkmilləşdirərək uzaq səfərlərə çıxmaq istəyir.