İtaliyadan olan cütlük Makro Morani və həyat yoldaşı Amalia Siraqusa bir müddət əvvəl Asiyanı görmək arzusu ilə İtaliyadan yola çıxıblar.
Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, bu gün əcnəbi turistlər Cəlilabadda olublar. Bir neçə gün əvvəl Bakıda olan cütlük yerli mətbəximizn ləziz yeməklərindan dadıblar.
Onlar azərbaycanlıların italyanlar kimi istiqanlı olduqlarını deyirlər. Turistlər yol boyu pula qənaət etmək üçün axşamlar çadır şəraitində qalmağa üstünlük verirlər. Lazım olan ərzaqları isə həm yol boyu vətəndaşlar verir, həm də mağazalardan alırlar.
Gün ərzində 70- 80 km yol qət edən cütlük Azərbaycandan keçməklə Asiya ölkələrinə səyahət etmək fikrindədirlər.