Dialoq İranın nüvə proqramının yeganə həll yoludur.
Qaynarınfo "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu sözləri JCPOA-nın canlandırılmasını dəstəklədiyini vurğulayarkən ABŞ dövlət katibinin müavini və keçmiş müşavir Vendi Şerman
deyib.
"Məncə, əməli və davamlı razılaşma əldə olunub və İran buna "hə” deməlidir. Amma ən yaxşı halda deyə bilərəm ki, onlar qərar verə bilməyirlər.
Razılaşma İranın marağındadır. Onlar sanksiyalardan azad olurlar, iqtisadiyyatları yaxşılaşır, neftlərini yenidən satırlar. Dünyanın onların neftinə ehtiyacı var, buna görə onlar neftlərini yaxşı qiymətə sata bilərlər.
Saziş həm onların xeyrinədir, həm də bizim. Dünya İran neftinə susayıb və əgər İran nefti bir gün dünya bazarlarına çıxmalıdırsa, o gün bu gündür. Ümid edirəm ki, İran bu qızıl fürsətdən yaxşı istifadə edəcək”, - deyərək, Şerman fikrini tamamlayıb.
M.Arif