Venesuela XİN başçısı Xorxe Arreaza ölkəyə hərbi müdaxilə edilsə, ABŞ-a qarşılıq verəcəklərini bildirib.
Qaynarinfo xəbər verir ki, Arreaza bu barədə Moskvada keçirilən mətbuat konfransında açıqlama verib:
"Biz hər növ ssenariyə hazırıq, lakin diplomatik həll yoluna inanırıq. Əgər ABŞ hərbi yolu seçsə, silahlı qüvvələrimiz və xalqımız var. Biz sadəcə müqavimət göstərməyə yox, zəfər qazanmağa, güclü ordunu məğlub etməyə hazırıq".
Nazirin sözlərinə görə, Venesuelada Rusiyadan olan hərbi mütəxəssislər var və onların sayı artırıla bilər. Ölkə həmçinin Rusiya və Çinin dəstəyi ilə ABŞ-ın sanksiyaları ilə mübarizə aparmağa və ənənəvi valyuta transferinə alternativ tapmağa çalışır.
Gülşən