Venesuelanın paytaxtı Karakasda ötən gündən bəri davam edən etiraz aksiyalarında 69 nəfər yaralanıb.
Qaynarinfo Rosbalt.ru-ya istinadən xəbər verir ki, polis etirazçılara odlu silah və gözyaşardıcı qazla müdaxilə edib. Nümayiş iştirakçılarından 2-si silah yarası alıb.
Qeyd edək ki, ötən gün özünü Venesuelanın müvəqqəti prezidenti elan etmiş Xuan Quaydo ordunu qiyama səsləyərək hərbi çevrilişin başladığını elan edib. Venesuela hökuməti isə bir qrup hərbçinin bu addımına müdaxilə etməyə çalışır.
Venesuela prezidenti Nikolas Maduro çevriliş cəhdi ilə bağlı açıqlama verərək qiyamda iştirak edən hamının cəzalandırılacağını bildirib.
Gülşən