Xəbər lenti

Vergilər Nazirliyi büdcəyə neçə milyard ödəyib?
Ekonomiks09:25 17.12.2016

Vergilər Nazirliyi büdcəyə neçə milyard ödəyib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ilin noyabr ayına qədər Vergilər Nazirliyinin dövlət büdcəsinə ödədiyi vəsaitin miqdarı açıqlanıb. 
Qaynafinfo.Az nazirliyin saytına istinadən xəbər verir ki, 2016-cı ilin yanvar-noyabr ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 6 milyard 295  milyon 813,0  min manat vəsait ödənilib.
Nazirlik bildirir ki, bu göstərici ilə 11 aya müəyyənləşdirilmiş tapşırıq tam yerinə yetirilib.
Cari ilin yanvar-noyabr aylarında respublika üzrə 127 180 yeni vergi ödəyicisi qeydiyyata alınıb. 
Qaynafinfo.Az