Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
İcra hakimiyyətindən Qaynarinfo-ya verilən məlumata gprə, həmin vəzifəyə Vətən müharibəsinin iştirakçısı, Fizuli istiqamətində gedən döyüşlərdə yaralanmış, Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı ilə "Cəsur döyüşçü” medalı ilə təltif olunmuş Bayramov Cəlal Rauf oğlu təyin edilib.