Xəbər lenti

Vətəndaş parlamentə bıçaqla hücum etdi (İNSİDENT)
Dünya20:40 22.03.2013

Vətəndaş parlamentə bıçaqla hücum etdi (İNSİDENT)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qaynar.info-nun erməni mediasına istinadən verdiyi məlumata görə, bu gün bıçaqla silahlanmış bir nəfər Ermənistan parlamentinin binasına hücum edib. 

Son məlumatlara görə, şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş şəxs bıçağını çəkərək zorla parlament soxulmağa cəhd edərkən binanın mühafizəçiləri tərəfindən güllələnib.

Dövlət mühafizəsi xidmətinin rəis müavini Ovhanesyanın mətbuata verdiyi açıqlamada bildirilir ki, mühafizə polisi bıçaqlı şəxsi durdurmaq üçün əvvəlcə havaya xəbərdarlıq atəşi açıb. Lakin onun qarşısını almaq mümkün olmadıqda silahlı şəxsi ayağından vuraraq yaralayıb.

Hazırda hücum edən şəxsin xəstəxanada olduğu bildirilir.

İnsidentlə bağlı heç bir detallı açıqlama verilməyib.

Qaynar.info