Xəbər lenti

Vətəndaşın sosial kirayə müqaviləsi ilə mənzillə təmin olunması qanunu niyə işləmədi? (VİDEO)
Video 21:14 18.06.2024

Vətəndaşın sosial kirayə müqaviləsi ilə mənzillə təmin olunması qanunu niyə işləmədi? (VİDEO)

Adı var, özü yox… Söhbət Mənzil Məcəlləsinə əsasən, yaşayış sahələrinin sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verilməsidən gedir…


Millət vəkili Vüqar Bayramov deyir ki, qanunvericiliyə əsasən, yerli icra hakimiyyəti orqanları sərəncamında olan mənzilləri sosisal müdafiə və sosial təminata daha çox ehtiyacı olan eləcə də mənzili olmayan vətəndaşlara təklif etməlidirlər. Bu zaman dövlət yaşayış fondunun yaşayış sahələri sosial kirayə müqaviləsi əsasında vətəndaşlara təqdim olunmalıdır.


Millət vəkili bildirib ki həmin mənzillər vətəndaşlara ya pulsuz ya da kifayət qədər aşağı ödənişlə təklif olunmalıdır.Bu fəaliyyətləri isə icra hakimiyyəti yanında mənzil komissiyası həyata keçirməlidir. 


Vüqar Bayramov mənzil məcəlləsində yer alan tələbin icrası ilə bağlı monitorinqin aparılmasını təklif edib.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


 

 

 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->