Xəbər lenti

Lixtenşteyn - Azərbaycan oyununu Estoniyalı hakimlər idarə edəcək
İdman13:11 11.11.2026

Lixtenşteyn - Azərbaycan oyununu Estoniyalı hakimlər idarə edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

UEFA Millətlər Liqasında keçiriləcək Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlanıb.

Qaynarinfo xəbər verir ki, C Liqasının qarşılaşması Estoniyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Kristo Tohverə Silver Koiv və Sander Saqa köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Yonas Yanovits yerinə yetirəcək.

VAR-da Marko Liva, AVAR-da Yuri Frişer əyləşəcək.

Xatırladaq ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.