Xəbər lenti

Vətəndaşla kobud rəftar edən polis mayoru işdən qovuldu
Ölkə15:41 29.12.2021

Vətəndaşla kobud rəftar edən polis mayoru işdən qovuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vətəndaşa qarşı kobud rəftar edən polis mayoru İlkin Süleymanov vəzifəsindən azad olunub.
APA-nın məlumatına görə, bununla bağlı Daxili İşlər Naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməliyyat müvəkkili İlkin Süleymanov daxili işlər orqanlarından xaric edilib.
Qeyd edək ki, İ. Süleymanov bundan əvvəl Gəncə Beynəlxalq Hava Limanında Xətt Rayon Polis Şöbəsinin rəisi olub. O, bir neçə ay əvvəl Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə təyinat almışdı.