Xəbər lenti

Veteran cüdoçularımız vətənə döndü
İdman07:14 26.10.2021

Veteran cüdoçularımız vətənə döndü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Veteran cüdoçularımız Portuqaliyanın paytaxtı Lissabonda keçirilən dünya çempionatından vətənə uğurla dönüblər.
Qaynarinfo xəbər verir ki, 43 ölkədən 350-dən çox idmançının mübarizə apardığı yarışda komandamız 1 qızıl, 2 gümüş, 5 bürünc olmaqla, ümumilikdə 8 medal qazanıb.
Təmsilçilərimizdən Babək Hacıyev (M-4, 60 kq) qızıl, Mübariz Cəfərov (M-5, 81 kq), Məmməd Məmmədov (M-2, 73 kq) gümüş, Müşfiq Cəfərov (M-5, 73 kq), Tural Səfquliyev (M-1, 100 kq), Azər Əsgərov (M-5, +100 kq), Vüqar Babayev (M-2, 66 kq) və İntiqam Ələkbərov (M-2, 100 kq) isə bürünc medal qazanıblar.
Səbuhi Həsənov