Xəbər lenti

Veteranlar "Şuşa"da yedilər, içdilər, rəqs etdilər - FOTOLAR
İdman19:00 23.10.2016

Veteranlar "Şuşa"da yedilər, içdilər, rəqs etdilər - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün "Şuşa" Şadlıq Sarayında Olimpiya idman növlərinə aid olan veteranlar üçün xüsusi görüş keçirilib.

Qaynarinfo.Az xəbər verir ki, Azərbaycan Bədən Tərbiyəsi və İdman Veteranları İttifaqının sədri Yaşar Məmmədov tədbiri giriş sözü ilə açıb. Məmmədov veteranlara idman sağlamlığı arzulayıb, onlara dəvəti yerə salmayıb gəldikləri üçün təşəkkürünü çatdırıb.

Daha sonra veteranlar ziyafət masası ətrafında söhbətlərini davam etdiriblər. Tədbir bəzi veteranların rəqs etməsi ilə yekunlaşıb.

Qeyd edək ki, Yaşar Məmmədov tədbirə dəvət olunmuş hər bir veteran üçün 100 manat pul da hədiyyə edib. Dəvət olunmuş veteranlar arasında Elxan Əliyev, Rəfiqə Şabanova, Oqtay Musayev kimi idmanda tanınan şəxslər də olub.

Qaynarinfo.Az