
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə Beynəlxalq Hərbi İdman Şurasında (CISM) ölkəmizi təmsil edən nümayəndə heyətinin rəhbəri, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü general-mayor Natiq Əliyev Şuranın rəsmi nümayəndəsi Nevzat Varol ilə görüşüb.
Görüşdə CISM prezidenti Abdul Hakeem Al-Şinonun VIII Yay Hərbi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı müraciəti müzakirə olunub.
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmanın inkişafına verdiyi dəstək nəticəsində ölkəmizin birinci Avropa Oyunlarına, bu günlərdə isə Bakıda keçirilən Formula-1 Avropa Qran-pri yarışına və gələn il IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi xüsusi qeyd olunub.Qaynarinfo.az