Ölkə 12:26 30.05.2023

Vilayət Eyvazov məşhur idmançını təqaüdə göndərdi

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Qaynarinfo-nun məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftahətdinova xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, Zemfira Meftahətdinova 1963-cü il mayın 28-də Bakı şəhərində anadan olub. 1979-1984-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2000-2005-ci illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb. Zemfira Meftahətdinova Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısıdır.