Xəbər lenti

Virciniyada tələbələr arasında atışma: ölənlər və yaralılar var
Dünya19:39 04.09.2022

Virciniyada tələbələr arasında atışma: ölənlər və yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerikanın Virciniya ştatının Norfolk şəhərində atışma baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "CNN” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, gecə yarısı hadisə yerinə gələn polis orada yeddi yaralı - dörd qadın və üç kişini aşkar edib.
Onların hamısı xəstəxanaya yerləşdirilib. Lakin iki yaralının həyatını xilas etmək mümkün olmayıb.
Norfolk Dövlət Universiteti silahlı hücuma məruz qalanların bəzilərinin universitet tələbələri olduğunu bildirib.
Norfolk polisi hələlik hadisənin motivləri barədə məlumat yaymayıb.