Xəbər lenti

Vitse-prezidentliyə demokrat namizəd respublikaçı ilə debata razılıq verdi
Dünya 14:42 15.08.2024

Vitse-prezidentliyə demokrat namizəd respublikaçı ilə debata razılıq verdi

ABŞ-ın vitse-prezidentliyinə demokrat namizəd Tim Uolts respublikaçı rəqibi Cey Di Venslə oktyabrın 1-də debat keçirməyə razılaşıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "CBS News” məlumat yayıb.

"1 oktyabr Cey Di ilə görüşənədək", - Uolts X sosial şəbəkəsində yazıb.

Seçki kampaniyasının nümayəndəsi bildirib ki, Uolts "Cey Di Vens peyda olacağı təqdirdə onunla debat etməyi səbirsizliklə gözləyir". 

Keçmiş prezident Donald Trampın seçki kampaniyası tarixlə bağlı hələ rəsmi razılığa gəlməyib. Bununla belə, Vens oktyabrın 1-də demokratla debata açıq olduğunu söyləyib. Respublikaçı namizəd həmçinin Uoltsa bir neçə dəfə debata çıxmaq istədiyini bildirib. 

CBS News iki vitse-prezidentliyə namizəd arasında debat üçün dörd tarix təklif edib: 17 sentyabr, 24 sentyabr, 1 oktyabr və 8 oktyabr.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->