Xəbər lenti

Vladimir Putin: “Ərdoğan sözünün üstündə duran kişi adamdır”
Siyasət14:42 17.12.2020

Vladimir Putin: “Ərdoğan sözünün üstündə duran kişi adamdır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putin böyük mətbuat konfransında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla münasibətlərindən danışıb.
Qaynarinfo xəbər verir ki, Putin fikirlərinin tez-tez Ərdoğanla üst-üstə düşmədiyini qeyd edib. Bununla birlikdə, o, Türkiyə prezidentinin "sözünə əməl etdiyini" vurğulayıb.
"Ərdoğan sözünə əməl edən insandır. Kişi adamdır. Onunla zidd fikirlərimiz var, amma sözünün üstündə durur”, - Putin deyib.
Prezident dünya liderlərini yaxşıya və pisə bölmədiyini, hər kəslə çalışdığını da fikrinə əlavə edib.
Bundan əvvəl, mətbuat konfransı zamanı Putin musiqiçi Sergey Şnurovun sualını cavablandırıb. RTVI-nın baş prodüseri Rusiya hakerlərinin ABŞ prezidenti Donald Trampın yenidən seçilməsinə nə üçün kömək edə bilmədiklərini soruşub.
Buna cavab olaraq prezident Şnurovu təxribata görə məzəmmət edib və Amerika seçkilərinə Rusiyanın müdaxiləsinin olmadığını söyləyib.
Alpər