Zorla Rusiyaya aparılaraq ölkəyə səpələnmiş ukraynalılar arasında 200 min uşaq var.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Zelenski
deyib.
Zorla aparılanlara uşaq evlərinin sakinləri, valideynləri ilə aparılmış və ailələrindən ayrılmış uşaqlar daxildir.
"Bu cinayət siyasətinin məqsədi təkcə insanları oğurlamaq deyil, deportasiya edilənlərin Ukraynanı unutması və geri dönə bilməməməsinə nail olmaqdır", - Zelenski çərşənbə günü xalqa gecə videomüraciətində deyib.
Zelenski deyib ki, Ukrayna günahkarları cəzalandıracaq, lakin ilk növbədə, Rusiyaya döyüş meydanında göstərəcək ki, "Ukraynanı fəth etmək olmaz, xalqımız təslim olmayacaq və uşaqlarımız işğalçıların malı olmayacaq”.
Prezident bildirib ki, müharibədə indiyədək 243 uşaq ölüb, 446 uşaq yaralanıb, 139-u isə itkin düşüb. Zelenski, hökumətinin rus qoşunları tərəfindən işğal olunmuş ərazilərdə vəziyyətlə bağlı tam təsəvvürə malik olmadığı üçün rəqəmlərin daha çox ola biləcəyini deyib.
Nurlan Hüseynov