Xəbər lenti

VTB Gürcüstan bazarını tərk edir: “Bu ölkədə vəziyyət fərqlidir…”
Ekonomiks11:15 21.06.2022

VTB Gürcüstan bazarını tərk edir: “Bu ölkədə vəziyyət fərqlidir…”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın dövlət bankı VTB-nin Gürcüstan filialı Gürcüstan bazarını tərk edir.
Qaynarinfo "Agenda” saytına istinadla xəbər verir ki, bu barədə bankın prezidenti və idarə heyətinin sədri Andrey Kostin Rusiyanın İnterfaks xəbər agentliyinə bildirib.
Kostin bildirib ki, bank hazırda işlədiyi ölkələrdən yanlız Gürcüstan bazarını tərk edir. Bu da Gürcüstandakı vəziyyətin bir qədər fərqli olması ilə izah olunur.  
"VTB Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Çin və Hindistanda fəaliyyətini davam etdirir. Biz bu ölkələrdə biznesimizin inkişaf perspektivlərini görürük. Biz ancaq Gürcüstanı tərk edirik. Bu ölkədə vəziyyət bir qədər fərqlidir”,- Kostin deyib.
Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı tətbiq edilən beynəlxalq maliyyə sanksiyalarından sonra VTB Bankın Gürcüstan filialına fiziki şəxslərə, borcalanlara və depozitarlara xidmət göstərmək qadağan edilib.
Qeyd edək ki, keçən il Gürcüstan Milli Bankı VTB Bankın Gürcüstan filialını pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi kimi bir sıra hallara görə 24 min dollar məbləğində cərimələyib.
Nurlan