Xəbər lenti

Vüqar Yusubov vəfat etdi (FOTO/VİDEO)
Sənət09:52 06.01.2024

Vüqar Yusubov vəfat etdi (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
90-cı illərin məşhur "Təbriz” estrada qrupunun rəhbəri, müğənni Vüqar Yusubov vəfat edib.
Qaynarinfo azpost.info-ya istinadən xəbər verir ki, bu barədə yazıçı Şəhriyar Del Gerani məlumat verib.
Vüqar Yusubov 80-ci illərin sonunda azərbaycanlı milyoner Cənnət Əliyevin Rusiyada yaratdığı "Təbriz” qrupunun başçısı olub. Qrupun ifa etdiyi "Təbriz” mahnısı öz dövrünün hit mahnısı idi.
Vüqar Yusubov daha sonra fəaliyyətini Azərbaycanda davam etdirib.
Allah rəhmət eləsin!