Xəbər lenti

Vüsal Aslanov yeni təyinatlar etdi, bir nəfəri işdən çıxardı (FOTO)
Ekonomiks 10:00 31.07.2026

Vüsal Aslanov yeni təyinatlar etdi, bir nəfəri işdən çıxardı (FOTO)

"Bakı Metropoliteni” QSC-də yeni kadr təyinatları olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmrlər imzalayıb.

Belə ki, Aydan Qurbanova QSC-nin Strateji İnkişaf Departamentinin Dayanıqlılıq şöbəsinin rəisi, Rəsul Rzayev isə QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub.
 


Digər əmrlə, Rəşad İbrahimov QSC-nin Satınalma şöbəsinin rəis müavini vəzifəsindən azad olunub.
 


Qeyd edək ki, A.Qurbanova ötən ilin may ayından etibarən Bakı metrosunda çalışır. O, indiyədək həmin şöbədə menecer işləyib. R.Rzayev isə yeni təyinatdan əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində çalışıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->