Xəbər lenti

Wi-Fi dalğalarının şəklini görmək istərdiniz? - FOTOLAR
Dünya05:36 29.03.2014

Wi-Fi dalğalarının şəklini görmək istərdiniz? - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hər kəs Wi-Fi əlaqəsini sevir, çünki, simsiz, sürətli və ən əhəmiyyətlisi hər yerdə pulsuzdur. Bəs Wi-Fi dalğalarını görə bilmək istərdinizmi? Əgər Wi-Fi dalğaları görünə bilsəydi istifadəçilər harada Wi-Fi olduğunu bilər və buna əsasən də internetə girərdilər.

Stanford Universitetindən Dr. Browning Vogel kiçik bir yardım ilə Vaşinqtonda adi gözlə görünə bilən Wi-Fi dalğalarının necə görünəcəyini göstərən bəzi çox maraqlı görüntüləri nəşr edib.

Dr. Browning Vogel’a sənətçi Nickolay Lamm və MyDeals.com bu işdə yoldaşlıq edib. Bu işdə Wi-Fi dalğalarının göründüyü bir dünya necə olar deyə xəyal edildi.

Görüntülərdəki Wi-Fi siqnalları dalğa-dalğa və rəngarəngdir. Bəs görəsən Azərbaycanda Wi-Fi siqnalları gözlə görünsəydi necə bir görüntü ortaya çıxardı? //ANS Press