Xəbər lenti

WSJ: ABŞ “böyük güclərlə” münaqişələrə hazır deyil
Dünya08:25 07.03.2023

WSJ: ABŞ “böyük güclərlə” münaqişələrə hazır deyil

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ hakimiyyəti hazırda "böyük güclərlə”, xüsusən də Rusiya və Çinlə münaqişələrə hazır deyil. 
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” ABŞ Müdafiə Nazirliyindəki hazırkı və keçmiş məmurlardan olan mənbələrə istinadən yazır.
Nəşr qeyd edir ki, Vaşinqton 5 il əvvəl "böyük güclərin” münaqişələri dövrünə qədəm qoyub, lakin mübarizənin uğurla aparılmasına maneələr var. Xüsusilə də nəşrin həmsöhbətləri İraq və Əfqanıstandakı müharibələr və terrorla mübarizəyə diqqətin yönəldilməsi ilə bağlı yeni taktikalara keçiddə geriləməni; özünü doğrultmayan bahalı silahların "ardınca qaçmağı”; hökumət daxilində müdafiə büdcələri və "Pekindən gələn təhlükənin aktuallığı" ilə bağlı fikir ayrılıqlarını; silah istehsalçılarının sayının azalmasını; silahlı qüvvələrdə potensial kadr çatışmazlığı kimi səbəbləri göstəriblər. Bundan əlavə, Ukrayna müharibəsi ABŞ-ın resurslarını xeyli mənimsəyir.
Nəşr həmçinin Pekinin hərbi güclənməsini və Asiya regionunda münaqişə baş verəcəyi təqdirdə Vaşinqtonun mümkün problemlərini vurğulayır. WSJ-nin məlumatına görə, Pentaqonun bu cür döyüşləri imitasiya edən ən azı iki müharibə oyunu ABŞ-ı ciddi problemlə üzləşdirib.
Mənbələrin bildirdiyinə görə, bu problemləri həll etmək üçün ABŞ Yaponiyada və Filippində yeni bazalardan istifadə etmək hüququ əldə edib və hərbi sahədə tədqiqat və inkişaf üçün maliyyəni artırıb. Bununla belə, qabaqcıl silahların 2030-cu illərə qədər hazır olmayacağına dair qorxular var və CIA rəsmilərinin fikrincə, Çin 2027-ci ildə Tayvanın zorla geri qaytarılmasına hazır olmaq istəyir.
Alpər