Xəbər lenti

WSJ: Rusiya xam neftinin ixracı dekabrda 22% azalıb
Dünya09:42 29.12.2022

WSJ: Rusiya xam neftinin ixracı dekabrda 22% azalıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya xam neftinin ixracı dekabrda 2022-ci ilin 11 aylıq orta göstəricisindən 22% azalıb.
Qaynarinfo xəbər verir ki, bu haqda "The Wall Street Journal” əmtəə analitiki Kpler-in məlumatlarına istinadən məlumat yayıb.
Analitiklərin fikrincə, dekabrda ölkəyə qarşı neft sanksiyalarının tətbiqi fonunda Rusiyadan dənizdə orta gündəlik neft tədarükü 2,5 milyon barel təşkil edib.
Ekspertlər vurğulayırlar ki, Hindistan, Çin, Türkiyə və Bolqarıstan da daxil olmaqla "Rusiya neftinin kiçik bir alıcı qrupu sanksiyalardan kənarda qalıb. Bundan başqa, tədarüklərə qış havası da təsir edib. 
"Buna görə də ixracın azalması Çində zəif tələbat və əlverişsiz hava şəraiti ilə bağlı ola bilər”, - analitiklər deyir.
Alpər