Xəbər lenti

Xaçmaz sakininin iki ildir həyətinə əkdiyi ağaclar oğurlanır (VİDEO)
Ölkə18:28 07.04.2019

Xaçmaz sakininin iki ildir həyətinə əkdiyi ağaclar oğurlanır (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xaçmazda bağa yeni əkilən tinglər oğurlanıb.
Hadisə Xaçmaz rayonunun Arzu qəsəbəsində baş verib.
Bağ sahibi Mehman Məhərrəmovun sözlərinə görə, bu hadisə iki ildir ki, təkrarlanır. Əkdiyi şaftalı ağaclarını naməlum şəxs və ya şəxslər oğurlayıb. O, ötən ilin mart ayında oğurlanan 170 ağacın əvəzinə yenidən ağac tingləri əkib. Lakin bu il də analoji hal baş verib.
Mehman Məhərrəmovun dediyinə görə, ona ümumilikdə, 1000 manatdan çox ziyan dəyib. O, Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edib.
Faktla bağlı araşdırma aparılır. (Xəzər TV)