Xaçmaza şiddətli dolu düşüb.
Qaynarinfo xəbər verir ki, Oxu.Az-ın Şimal bürosunun məlumatına görə, günorta saatlarından etibarən hava şəraiti kəskin dəyişib. Beş dəqiqəyə qədər davam edən dolunun diametrinin 20 mm-dən çox olduğu bildirilir.
Hazırda hava şəraiti yağmurludur. Doludan sonra Xaçmaza zərər dəyib-dəyməməsi barədə hələlik məlumat yoxdur.