
Xaçmaz rayonunun 20-dən artiq kəndi elektrik enerjisiz qalıb.
"Report"un Şimal bürosu xəbər verir ki, gündüz saatlarından etibarən rayonda baş verən yanğından sonra kəndlərdə hazırda elektirik enerjisi yoxdur.
Xaçmaz Elektrik Şəbəkəsinin rəisi Ruhin Məmmədov "Report"un yerli bürosuna bildirilib ki, ərazidə RTS, Əhmədoba, Nərəcan və digər xətlərində elektrik enerjisi yoxdur.
Qeyd olunub ki, yaranmış qəza ilə əlaqədar xətt gərginlikdən ayrılıb.
Qəzanın aradan qaldırılması üçün işlər aparılır, şəbəkənin birqadaları əraziyə səfərbər olunublar və yaxın vaxtlarda işlər tamamlanaraq, kəndlərin elektrik enerjisi bərpa olunacaq.