Xəbər lenti

Xadimə ev sahibəsinin qızıllarını oğurlayıb
Ölkə 16:57 29.09.2025

Xadimə ev sahibəsinin qızıllarını oğurlayıb

Xadimə işlədiyi evdən oğurluq edən şəxsə hökm oxunub. 

Qaynarinfo xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə mühakimə edilən Gülgəz Dəmirovaya (ad və soyad şərtidir) 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 

Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. 

İş materiallarından məlum olur ki, Gülgəz Dəmirova "Tap.az” elan saytında əvvəldən tanımadığı bir şəxsin xadimə axtardığını görüb. Şərtlər onu qane etdiyi üçün həmin şəxslə əlaqə saxlayıb. Tərəflər razılaşıb və Gülgəz Dəmirova işə başlayıb. 

O, həftədə 3 dəfə həmin evə gedərək təmizlik işləri görüb. Gülgəz Dəmirova təmizlik işləri aparan evin sahibəsinə məxsus qızıl-ziynət əşyaları görüb. Borcu olduğu üçün oğurluq etmək qərarına gəlib. 

Gülgəz Dəmirova evdən 450 manat dəyərində bir ədəd zümrüd qaşlı qızıl üzük, dəyəri 500 manat olan bir ədəd paxlava formalı qızıl üzük, dəyəri 700 manat olan bir cüt qızıl sırğa, ümumi dəyəri 320 manat olan iki ədəd qızıl boyunbağı, 400 manat nağd pul oğurlayıb. O, zərərçəkmişə ümumilikdə 2370 manat məbləğində ziyan vurub. 

Gülgəz Dəmirova məhkəmə prosesində verilmiş ittiham üzrə özünü tam təqsirli bilib. O, əməlini borcu olması ilə əsaslandırıb. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->