Rusiyalı sənətçi, SSRİ xalq artisti Alla Puqaçeva əri, aparıcı Maksim Qalkinin teleşousu üçün çəkilmiş reklam rolikində yer alıb.
Qafqazinfo-nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hamam otağında vannada çılpaq görüntülənən 67 yaşlı müğənni bu addımı həyat yoldaşının verilişinin reytinqini artırmaq üçün edib.
"1-ci kanal"da yayımlanan rolik artıq sosial şəbəkələrdə geniş müzakirə mövzusuna səbəb olub.