Xəbər lenti

Xalq artisti oğluna toy edir
Maqazin12:59 12.09.2025

Xalq artisti oğluna toy edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti Səidə Quliyevanın evində xeyir iş olacaq.
Bu barədə sənətçi "Günə uğurla" verilişində deyib. O, sentyabrın 24-də oğluna toy edəcəyini açıqlayıb:
"Bir balam var. Allah hamının balalarını qorusun. Çox həyəcanlıyam. Toy etmək, hamının qarşısına yaxşı çıxmaq çox çətindir. Amma bu, valideyn kimi borcumdur. Məni tanıyanlar deyə bilər ki, necə qaynana olacağam. Gəlinlə bəydən də çox şey aslıdır. Onların böyüklərə hörməti, qayğısı... Əlbəttə ki, bu da qarşılıqlı olacaq".//Axşam.az