
Ötən gün xalq artisti Həmidə Ömərovanın doğum günü idi.
Qaynarinfo.az teleqraf.com-a istinadən bildirir ki, doğum günlərini qeyd etməyi sevməyən aktrisanı birinci "Bir ailəm var" serialındakı həmkarları təbrik ediblər. Şəxsi "İnstaqram" hesabından foto paylaşan aktrisa yazıb: "Gecə saat 1-ə işləmiş evimə hücum edib ad günümü təbrik edən çağrılmamış qonaqlar... Allah onların canını sağ eləsin. Yorğunluğum göyə sovruldu..."
"İnstaqram" sosial şəbəkəsindən tez-tez istifadə edən aktrisa nostalji fotolar paylaşmağı sevir.
Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda müəllim ailəsində anadan olub. 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. 1979-1993-ci illərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992-1993-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb.
Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinoşünaslıq kafedrasına rəhbərlik edir.
Qaynarinfo.az




