Xəbər lenti

Xalq artistinin maşını cərimə meydançasında - FOTOLAR
Maqazin09:23 20.12.2016

Xalq artistinin maşını cərimə meydançasında - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dayanma-durma qaydasını pozduğu üçün evakuator «Prado»nu aparıb

Azərbaycanın xalq artisti Canəli Əkbərovun avtomobilini Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cərimə meydançasına aparıblar.

Qaynarinfo.Az-ın Avtosfer.az-a istinadən verdiyi məlumata görə, məlum olub ki, xalq artisti «Toyota-Prado» markalı, 90 -FZ- 171 dövlət nömrə nişanlı avtomobilini yol kənarında saxlayıb. Bununla da o, dayanma-durma qaydasını pozub. Cərimə meydançasına gələn xalq artisti qayda pozmasını etiraf edib. «Dayanma və durmanın cəriməsini ödədim, avtomobilimi müvəqqəti duracaqdan götürdüm. Sağ olsunlar, mənə çox hörmət etdilər» deyə Canəli Əkbərov bildirib.

Onu da qeyd edək ki, Canəli Əkbərovun avtomobilini ekavuator Dövlət Musiqili Teatrın yaxınlığından aparıb. Xalq artisti bildirib ki, həmin teatrda xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edirmiş.

Qaynarinfo.Az