Xəbər lenti

Xalq rəssamı Arif Qazıyev vəfat etdi
Ölkə19:08 03.09.2021

Xalq rəssamı Arif Qazıyev vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq rəssamı, heykəltəraş Arif Qazıyev bu gün vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə APA-ya rəssamın yaxınları məlumat verib.
Qeyd edək ki, Arif Qazıyev 1937-ci ildə yanvarın 2-də İrəvan şəhərində anadan olub.
Müxtəlif janrlarda və mövzularda yaradılmış "Babək”, "Hüseyn Cavidin büstü” (H.Cavidin Naxçıvanda ev-muzeyi), ”Qırat bizi gözləyir”, ”Qafqaz qartalları”, ”Cəngi”, "Canlı gala”, "Dəhşət”, ”Soyuq”, ”İki bumeranq” və s. əsərlərin müəllifi olan 84 yaşlı incəsənət xadimi Arif Qazıyev 2018-ci ildə Azərbaycanın xalq rəssamı adına layiq görülüb.