Nəriman Həsənzadə üçüncü dəfə ürəyindən əməliyyat olunacaq
Xalq şairi Nəriman Həsənzadə üçüncü dəfə ürəyindən əməliyyat olunacaq. Bu haqda Modern.az saytına şairin özü məlumat verib.
Qeyd edək ki, şairin sayta geniş müsahibəsi olmalı idi. Lakin səhhətinin birdən-birə pisləşməsi üzündən onunla söhbət təxirə salınıb. Ötən gecə o, saytın əməkdaşına bildirib:
“Sabah yola düşürəm. Ürəyimdən təcili əməliyyat olunmalıyam. Bu mənim üçüncü əməliyyatım olacaq. Daha ayrı yolum yoxdu. Elə ürək əməliyyatı ilə bağlı Karlovı Vorıya gedirəm. Orda ürək əməliyyatı üşün çox yaxşı bir yer var. İnşallah, avqustun sonu görüşərik”