
Onlar Mursinin yenidən hakimiyyətə qaytarılmasını tələb edirlər
Misirin Müsəlman Qardaşları hərbçilərin prezident Məhəmməd Mursini devirdikdən sonra həyata keçirilən siyasi dəyişikliklərə qarşı bu gün daha bir kütləvi nümayişə çağırıb. İslamçı qrup yeni hökumətin təklif etdiyi hər hansı planı qəbul etmir və cənab Mursinin yenidən hakimiyyətə qaytarılmasını tələb edir.
Müvəqqəti baş nazir Nazim Əl-Biblavi isə İslamçı partiyalardan heç bir nümayəndə olmadan bu gün yeni kabinetin işinə başlayıb. Prezident Mursini devirdikdən sonra sonra müdafiə naziri və baş nazir müavini vəzifəsini icra edən hərbi baş komandan Əbdül Fəttah Əl-Sissi və sabiq 7 nazir saxlanılmaqla, kabinet əsasən liberal və texnokratlardan ibarətdir. Kabinetə 3 qadın nazir, səhiyyə, informasiya və ətraf mühit nazirləri təyin edilib./anspress/