Xəbər lenti

Xanım deputat Milli Məclisin bu komitəsindən çıxarıldı
Ölkə09:10 17.05.2016

Xanım deputat Milli Məclisin bu komitəsindən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli Məclisin bu gün keçirilən iclasında komitələrdən birində dəyişiklik edilib.

Deputat Sona Əliyeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvlüyündən azad edilib.

Xanım deputat parlamentin Daxili Nizamnaməsinin 36-cı maddəsinin üçüncü hissəsinə uyğun olaraq komitənin tərkibindən çıxarılıb.

Nizamnaməyə görə, S. Əliyeva bundan sonra İnsan hüquqları komitəsinin tərkibində yer alacaq.

Qeyd edək ki, dəyişiklik səsverməyə qoyularaq qəbul edilib. (modern.az)

Qaynarinfo.az