Xəbər lenti

Xankəndidə keçirilən yarışın WMMAA-ya heç bir aidiyyatı yoxdur - RƏSMİ
İdman08:20 17.10.2016

Xankəndidə keçirilən yarışın WMMAA-ya heç bir aidiyyatı yoxdur - RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avqustun 3-də Azərbaycanın Xankəndi şəhərində Ermənistan MMA (Mixed Martial Arts - Qarışıq Döyüş Sənəti) Federasiyası tərəfindən "Real Fayt 1" döyüşləri keçirilməsi ilə bağlı mediada qaldırılan məsələyə aydınlıq gətirilib. 

Azərbaycan MMA Federasiyasından (Mixed Martial Arts - Qarışıq Döyüş Sənəti (AMMAF)) Qaynarinfo.Az-a daxil olan məlumatda bildirilir ki, məsələ ilə bağlı AMMAF-ın prezidenti Rövşən Həsənov tərəfindən Dünya MMA Assosiasiyasının (WMMAA) prezidenti Vadim Finkelşteynə ünvanlanan məktuba rəsmi cavab gəlib.

Cavab məktubunda birmənalı şəkildə bildirilir ki, Xankəndidə keçirilən yarışın WMMAA-ya heç bir aidiyyatı yoxdur:

"WMMAA rəsmi qurumdur və bütün dünyada MMA qaydalarına uyğun yarışların təşkili hüququ var. WMMAA bayrağı altında keçirilən bütün yarışlar ciddi reqlament əsasında və milli federasiyalarla razılaşdırlmış şəkildə keçirilir.

Azərbaycan MMA Federasiyasının prezidenti Rövşən Həsənovun məktubuna cavab olaraq rəsmi şəkildə bəyan edirik ki, Azərbaycanın işğal altında olan torpaqlarında, habelə Xankəndi şəhərində keçirilən yarışların WMMAA-ya heç bir aidiyyatı yoxdur. Onu da əlavə edək ki, tanınmamış "Dağlıq Qarabağ Respublikası"nda WMMAA bayrağı altında heç bir yarış keçirilə bilməz".

Onu da vurğulayaq ki, WMMAA-nın prezidenti monakolu Vadim Finkelşteyn, fəxri prezidenti məşhur Ukrayna doğumlu rus idmançı, "Sonuncu İmperator" ləqəbli Fyodor Yemelyanenkodur.

Qeyd edək ki, Azərbaycan MMA Federasiyası qurum kimi bu ilin fevralın 16-da rəsmi qeydiyyata düşüb.

Qaynarinfo.Az