Ekonomiks 18:55 19.01.2024

Xankəndiyə köçlə bağlı rəsmi açıqlama: Köç nə vaxt başlayacaq?

"Ərazisi işğaldan azad olunmuş ərazilərdə, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində, bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülmə aparılır. Bu zaman məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev bunu Musavat.com-açıqlamasında bildirdi.

Qeyd edək ki, son zamanlar Xankəndi və digər yaşayış məntəqələrimizə vaxtilə o yerlərdən didərgin salınmış sakinlərlə yanaşı, Qərbi Azərbaycandan qaçqın düşmüş həmvətənlərimizin də məskunlaşdırılmasının zəruriliyi barədə təkliflər irəli sürülür. Məsələyə rəsmi münasibətini öyrəndiyimiz dövlət qurumunun təmsilçidi bildirdi ki, digər ərazilərlə yanaşı, Xankəndi şəhərinə də həmin ərazidən olan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulur: "Qeyd olunan məsələ ilə bağlı isə hər hansı qərarın qəbul edilməsi Dövlət Komitəsinin səlahiyyətləri xaricindədir”.