
Son illərdə Rusiya ilə Qərb dövlətləri arasında münasibətlər sondərəcə kəskinləşib. Ukraynadakı separatçıları dəstəklədiyinə görəAvropa və Amerika Rusiyaya qarşı müxtəlif sanksiya paketləri tətbiqediblər. Bu sanksiyalar iqtisadi, hərbi sahələrlə yanaşı, ayrı-ayrırusiyalı məmurların Qərbdəki bank hesablarının dondurulması və onlarınhəmin ölkələrə girişinin qadağan olunmasını da nəzərdə tutur.
Krımın ilhaqından sonra rus cəmiyyətində qabaranvətənpərvərlik fonunda rusiyalı hakim siyasi elita bu sanksiyalarıəhəmiyyətsiz hesab edir və Rusiyada yaşamağı, təhsil almağı, istirahətetməyi və müalicə almağı hər şeydən üstün tutur.
Ancaq Ayzen Tayçoniki daşıyan rusiyalı blogger Rusiya hakim elitasının ailə üzvlərininyaşadığı, təhsil aldığı ölkələri nəzərdə keçirib və Putin komandasınınreallıqda əksinə hərəkət etdiyini göstərib.
Qaynar.info xəbər verir ki, modern.az saytı Rusiya hakim elitasının övladları haqda bu maraqlı bilgiləri təqdim edir
Prezident Vladimir Putinin qızları
Rusiyaprezidenti Vladimir Putinin ailəsi barədə informasiyalar mətbuatdangizli saxlanılsa da, prezident qızlarının həyatı ilə bağlı məlumatlarara-sıra mətbuata sızır. Belə ki, 90-cı illərin əvvəllərində Leninqradmeriyasında çalışan Vladimir Putinin öz qızları Yekaterina və Mariyanıən nüfuzlu alman gimnaziyalarından olan “Peterschule”də oxumağagöndərdiyi məlumdur. 90-cı illərin əvvəllərində onlar təhsillərinibitirib Moskvaya geri dönüblər və 1996-cı ildə Moskvaya köçürlər. Lakinburada da onlar alman təhsil sistemi ilə fəaliyyət gösətərən “Moskvanınalman məktəbi”də təhsil alırlar. 2000-ci illərin əvvəllərində hər ikiprezident qızı Sankt-Peterburq Universitetinə daxil olsalar da ,onlarıhəmin universitetdə bir dəfə olsun görən olmayıb.
Məlumatlaragörə, Putinin kiçik qızı Yekaterina daimi olaraq əsasın AlmaniyanınMünhen şəhərində yaşayır. 2013-cü ildə Yekaterina Mərakeşdəkimehmanxanaların birində koreyalı Yun Cun Vonla toy edib.
Prezidentinböyük qızı Mariyanın isə Holandiyanın Vorsxooten şəhərində yaşadığıbildirilir. O, tək deyil, sevgilisi 33 yaşlı holand Yorrit Faassenləyaşayır. Onlar şəhərin Krimwijk Heet rayonudakı penthausda yaşayırlar.

Baş nazir Dmitri Medvedevin oğlu
DmitriMedvedev Rusiya Müdafiə Nazirliyindəki rüşvət qalmaqalı ilə bağlı adıkeçən və hazırda ev dustağı olan Yekaterina Vasilyevanın dayısı qızıSvetlana Linniklə evlidir.
Yekaterina Vasilyeva Sankt-Peterburqunkriminal avtoritetlərindən biri olan Vasilyevin qızıdır. 2012-ci ilinyanvarında o zamanlar Rusiya prezidenti olan Medvedev Vasilyevi “Şərəf”ordeni ilə təltif etmişdi.
Baş nazirD.Medvedevin yeganə övladı İlya adlı oğludur. Hazırda İlya Rusiyadatəhsil alsa da, müsahibəlində təhsilini ABŞ-ın MassaçusetsUniversitetində davam etdirmək istədiyini bildirib.

Xarici işlər naziri Sergey Lavrovun qızı
Rusiyanın1 nömrəli diplomatının yeganı qızı Yekaterina hazırda ABŞ-da təhsilalır. Nyu-Yorkdakı Kolumbiya Universitetini bitirmək üzrə olan nazirqızı ABŞ-da həmişəlik yaşamaq niyyətindədir.

Dövlət Dumasının vitse-spikeri Sergey Jeleznyakın qızları
RusiyaFederasiyası Dövlət Dumasının vitse-spikeri Jeleznyakın hər 3 qızıxaricdə təhsil alır. Böyük qızı Yekaterina İsveçrədəki elit məktəblərdənbirində təhsil alır. Ortancıl qızı Anastasiya isə LondonUniversitetində təhsil alır. Ailənin kiçik övladı Yelizaveta Jeleznyakında hazırda Londonda yaşadığı məlumdur. Maraqlıdır ki, Rusiya SeçkiKomissiyasına təqdim etdiyi gəlir bəyannaməsində Sergey Jeleznyak ildə3,5 milyon rubl gəlir əldə etdiyini göstərsə də, qızlarının Avropadakıtəhsilinə ildə 11 milyon rubl pul ödəyir.
Dövlət Dumasının vitse-spikeri Aleksandr Jukov oğlu
AleksandrJukovun oğlu Pyotr Jukov da Qərbdə təhsil alır. Britaniya paytaxtıLondondakı elit məktəblərdən birində təhsil alan Jukov içkili haldaiştirak etdiyi küçə davasına görə 14 ay müddətinə həbs olunub.
Dövlət Dumasının vitse-spikeri Sergey Andenkonun qızı
Vitse-spikerin qızı hazırda Almaniyada oxuyur və yaşayır.

Baş nazirin 1-ci müavini Dmitri Kozakın oğlanları
DmitriKozakın böyük oğlu Aleksey azı 6 ildir ki, xaricdə yaşayır və tikintibiznesi ilə məşğuldur. O, “Red2”, “Makbrayt”, və Yuna” kimi xaricifirmaların həmtəsisçilərindən biridir. Bundan başqa, o, Rusiyanın dövlətbankı olan VTB-də çalışır.
Dmitri Kozakın kiçik oğlu Aleksey isəİsveçrənin “Credit Suisse” bankında çalışır. Bu il həmin bankı yüksəkvəzifəli məmurların çirkli pulların yuyulmasında itiham edən ABŞ vəAlmaniya faktla bağlı araşdırma aparır.
“Vahid Rusiya” fraksiyasından deputat Aleksey Remezkovın övladları
Dumadeputatının böyük oğlu Stepan ABŞ-ın Pensilvaniya ştatındakı Velli Forckollecini bitirib. O, kollecdə hərbi təhsil alıb. Bundan sonra isə o,Nyu-York ştatındakı Hofstra özəl universitetinə daxil olub.
Remezkovun ortancıl oğlu Nikolay 2008-ci ildən Britaniyanın Malvern kollecinin özəl məktəbində təhsil alır.
Deputatınkiçik övladı – qızı Mariya Remezkova isə Avstriyanın Vyana şəhərindəgimnasitika ilə məşğul olur və uşaqlardan ibarət Avstriya yığmasınıbeynəlxalq yarışlarda təmil edir.
Deputat Vyaçeslav Fetisovun qızı
Onun qızı Anastasiya ABŞ-da yaşayır və təhsil alır. Deputat qızı rus dilində oxuyub-yazmağı bacarmır.

“Rusiya Dəmir Yolları” ASC-nin rəhbəri Vladimir Yakuninin övladları
Rusiyanınbaş “dəmiryoluçu”sunun övladıları da Avropada yaşayırlar. Onun böyükoğlu Andrey uzun illər Londonda yaşayıb və hazırda Rusiyada Britaniyaşirkətlərindən birinin investorudur. O, 2009-cu ildən “VentureInvestments & Yield Management” şirkətinin həmtəsisçisi vərəhbəridir. Moskvadakı “Marriott Courtyard” mehmanxanası da onaməxsusdur.
Vladimir Yakunin digər oğlu Viktor isə İsveçrədəyaşayır və elit əmlak sahibidir. Rusiyalı məmurun nəvələri də İsveçrə vəLondonun elit təhsil müəssisələrində təhsil alırlar.
Rusiyanın uşaq hüquqları komitəsinin rəhəri Pavel Astaxovun oğlanları
Astaxovunböyük oğlu Anton Astaxov Oksford və Nyu-York İqtisadiyyat məktəblərindətəhsil alıb. Onun kiçik oğlu isə Frnansanın Kan şəhərində andan olub vəanası ilə orada icarəyə götürülən villada yaşayır.
“Ədalətli Rusiya” fraksiyasından deputat Yelena Mizulinaın oğlu
Rusiyaparlamentində pravoslav ənələrinin coşqun müdafiəçisi olan Mizulinanınoğlu Nikolay öncə Oksfordda təhsil alıb. Diplom aldıqdan sonra isə daimiyaşayış üçün Belçikaya köçüb. Hazırda deputat oğlu Mayer Brown hüquqfirmasında işləyir.
“Vahid Rusiya” partiyasından olan deputat Nikloay Valuyevin ailəsi
Keçmiş boksçu Valuyevin ailəsi İspaniyadakı və Almaniyadakı mülklərində yaşayır.
Rusiya Təhlükəsizlik Şurasının üzvü Boris Qrızlov un qızı
RusiyaDövlət Dumasının eks-spikeri, hakim “Vahid Rusiya” partiyasaınınyaradıcılarıdan olan Boris Qrızlovun qızı Yevgeniya hazırda Tallindəyaşayır. Hətta, yaxınlarda onun qızı Estoniya vətəndaşlığı da alıb.
Keçmiş təhsil naziri Andrey Fursenkoun övladları
AndreyFursenko Rusiya təhsilinin uğurlarından danışsa da, uzun illərövladlarının xaricdə təhsil aldığını ictimaiyyətdən gizlədirdi. Sabiqnazirin oğlu Aleksandr Fursenko hazırda təhsil aldığı ABŞ-da yaşayır.
Rusiya Kommunist Partiyasından Duma deputatı Aleksandr Vorontsovun qızı
AleksandrVorontsovun qızı Anna İtaliyada yaşayır. Bura o, təhsil aldığıAlmaniyadan köçüb. Hazırda kommunist deputatın qızı illik haqqı bir neçəmin avro olan Milan Universitetində təhsil alır.

“Vahid Rusiya” partiyasından deputat Yelena Rahovaın qızı
Rahovanınqızı da xaricdə, daha doğrusu ABŞ-da yaşayır. Polina RahovaSankt-Peterburq Universitetini bitirdikdən sonra Nyu-Yorka gedib.
“Siyasət” fondunun prezidenti Vladimir Nikonovun (Molotovun nəvəsi) oğlu
Vladimir Nikonovun oğlu Aleksey ABŞ-da təhsil alır.